Dünən, 21 fevral tarixində, təxminən saat 19:00-da Marneuli-Bolnisi
yolunda yol nəqliyyat hadisəsi baş verib.
Şahidlərin məlumatına görə, avtomobil piyadanı vurub. Hadisə
Marneuli-Bolnisi yolunun Kolagir kəndi ərazisindən keçən hissəsində
baş verib.
“Marneuli” radiosunun məlumatına görə, avtomobilin vurduğu piyada
ortayaşlı kişidir. O, qəza nəticəsində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyi baş vermiş faktla bağlı istintaqa
başlayıb.