Fransada gürcü oğlan öldürülüb
Fransanın Marsel şəhərində Gürcüstan vətəndaşı öldürülüb.

Əldə olan məlumata görə, 25 yaşlı Aleks Qoqua mübahisə zəminində soyuq silahla yaralanıb.

O, klinikaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google