Kiçik addımlarla başlayan böyük işlər
Marneuli Bələdiyyəsinin Xuldərə kəndində iki mərtəbəli yaşayış evi digər evlərdən fərqlənir. Kamran Əfəndiyev yaşadığı evin birinci mərtəbəsini “Mollaoğlu İnkişaf Mərkəzi”nin ofisinə çevirib. Əsasən məktəb şagirdlərindən ibarət olan qrupa burada komputer bilikləri, ana dili, ədəbiyyat, coğrafiya kimi fənləri müzakirə edərək öyrədirlər. Mərkəzə daxil olanda sizi ilk qarşılayan şagirdlərin otağı kirlətməmək üçün çıxartdıqları ayaqqabıları olur. Otağın divarları isə müdrik insanların kəlamları ilə bəzədilib. Küncdə qurulmuş odun sobası isə, görünür, şagirdləri qış aylarında soyuqdan qoruyub.



Əslində hər şey Ariz Daşdəmirlinin 2015-ci ildə Mollaoğlu kəndində TASO Fonduna yazdığı layihə ilə başlayıb. Onun layihəsi müsabiqədən uğurla keçib və mərkəz açılıb. Arizin bildirdiyinə görə, ilk olaraq kitabxana kimi fəaliyyətə başlayan mərkəzdə sonradan əlavə dərslər də keçirilməyə başlayıb. O, deyir ki, Kamran Əfəndiyevin kənd məktəbində köməkçi müəllim kimi işə başlayaraq ona qoşulması onu yeni layihə yazmağa həvəsləndirib. Sonradan onlara Kamranın həmkarı Nutsa Demetraşvili də qoşulub. TASO Fondu bu layihəni də qəbul edib və hal-hazırda mərkəzdən 21 şagird istifadə edir.



Həmçinin Ariz bildirir ki, Kamranla onun əsas məqsədlərindən biri gələcəkdə kənddə Gurcü dilini bilməyən şagirdin qalmamasıdır. Onlar artıq bunun üçün proqram da başladıblar.



Bu gənclərin sayəsində artıq bir neçə abuturiyent istədikləri Universitetləri seçə biliblər. Kamranın dediyinə görə, artıq ailədə övladlar öz maraqlarını qoruyaraq, valideyinlərinin təzyiqi ilə deyil, öz istədikləri peşəyə sahib ola bilirlər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google