Şagirdlərin istifadə olunmuş plastik su qablarından hazırladıqları helikopter
Sərxan Rzayev 1 saylı Alget ictimai məktəbinin 12-ci sinif şagirdidir. Sərxan deyir ki, qohumunun əl işi qabiliyyəti onu yeni ixtiralar yaratmağa həvəsləndirib. O, dostları ilə birgə tulantılardan əl işləri yaratmağa başlayıb. İlk hazırladıqları isə , plastik su qabların istifadə edərək düzəltdikləri helikopter olub. Soradan digər məktəblərə də gedərək əl işləri toplamağa başlayıb, 1 ay ərzində Sərxan 30 əl işi yığmağı bacarıbdır. Sərxan deyir ki, onun ən büyük istəklərindən biri yaşadığı Alget kəndində sərgi keçirmək olub və o, istəyinə nail olaraq 16 mart tarixində Alget kəndində yerləşən İmam Əli məscidində sərgi təşkil edib.

Bu əl işlərindən bir qismi 1 saylı Alget ictimai məktəbinin müəllimlər otağında sərgilənir. Onların içində ən çox seçiləni isə ayaqqabı boyası qutusundan hazırlanmış mobil cihazlar üçün enerji doldurucusudur.
Məktəbin direktoru Musa Ömərov bildirir ki, məktəb şagirdlərinin əl işlərinə meyli çoxdur. Onun dediyinə görə, onlar bir çox yarışlarda iştirak edərək mükafatlara layiq görülüblər və bu şagirdlərdə həvəsin dahada artmasına səbəb olub.

Sərxanın gələcəklə bağlı bir çox arzuları var. O, istəyir ki, dostları ilə birgə daha çox əl işi hazırlayaraq Tiflis və başqa şəhrələrdə sərgi keçirərək, bölgələrini təmsil etsinlər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google