Keçmiş hərbi şəhərciyin sakinlərinə əlavə tikililərini qanuniləşdirmələri üçün 15 gün vaxt verildi
Dariko İsmayılova keçmiş hərbi şəhərciyin 53 yaşlı sakinidir. Onun bildirdiyinə görə, 35 ilə yaxındır bu ərazidə yaşayır. Dariko deyir ki, əvvəllər o, hərbçi kimi işləyib. Həyat yoldaşından isə ayrilib və qızıyla bir yerdə yaşayır. İsmayılovanın bildirdiyinə görə, iki il bundan öncə o, yaşadığı iki mərtəbəli binanın girişini hasarlatdıraraq dəmir darvaza qoyub. Tikinti zamanı isə bunun qanunsuz olduğu haqqında ona məlumat verilməyib. O, deyir ki, aprel ayının 2-də isə Meriyadan gələn nümayəndə bu tikilinin qanunsuz olduğunu, 15 gün ərzində tikilini qanuniləşdirməsini ondan tələb edib.



Dariko bildirir ki, qonşular arasında münasibət yaxşıdır. Belə tikililər zamanı onlar bir-birləri ilə razılığa gəlirlər.
Bu problemi tək İsmayılıova yaşamır. Keçmış hərbi şəhərciyin bir neçə sakini də eyni problemlə üzləşib. 5 aprel tarixində şəhərciyin bəzi sakinləri problemlə bağlı öz aralarında görüş keçirib. Onlar iddia edirlər ki, gələn nümayəndə tikililər qanuniləşdirilməsə 2000 lari cərimə olunacaqlarını və tikililərinin söküləcəyini deyib.



Sakinlər görüşdə yaşadıqları ərazinin başqa problemlərini də müzakirə etdilər. Əsas müzakirə olunan problemlər isə sahibsiz itlərin ərazidə çoxluğu, şəhərcik ərazisində yollarda piyada keçidlərinin olmaması və sakinlərin yaşadıqlari evləri qanuniləşdirə bilməməsi idi. Onlar sonda qərara aldılar ki, bu məsələlərlə bağlı meriyaya müraciət etsinlər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google