Keçmiş hərbi şəhərciyin 13 saylı binasının sakinləri mənzillərini itirməkdən qorxurlar
Keçmiş hərbi şəhərciyin 26 may küçəsi 13 saylı binanın sakinlərinin qeydiyyat problemi var. Üç girişli , iki mərtəbəli, fasadı qırmızı kərpiclə örtülü binada 12 ailə yaşayır, bu ailələrdən sadəcə birinin mənzilinin qeydiyyatı var. Sakinlərin arasında bu gün təşviş yaşanır ki, onların yaşadığı bina bir qurup insanların maraq dairəsindədir və adlarını çəkməyə ehtiyat etdikləri bu şəxslər onları mənzillərindən çıxara bilərlər. Bu haqda bizə binanın 28 yaşlı sakini 2 azyaşlı uşaq anası Tunzalə Səfərova məlumat verdi.

Onun bildirdiyinə görə, onun ailəsi bu mənzili 90-ci illərdə rus hərbçilərindən alıb və o, bu mənzildə artıq 25 ildən çoxdur ki, yaşayır. Onun dediyinə görə, ailədə 6 nəfərdilər. Tünzalə iddia edir ki, bütün dövlət inistansiyalarına müraciət edib. Sonuncu məhkəmə qərarı isə o, olub ki, bina hərraca çıxmalıdır.



Binanın digər sakinləri də eyni problemdən şikayətlənirlər. Onların bildiridiyinə görə, binanın damını öz hesablarına düzəltdiriblər. Lakin evlərini təmir etdirə bilmirlər, çünki evlərinin əllərindən alınacağından qorxurlar. Sakinlər bildirir ki, bina hərraca çıxsa belə onların imkanı bu mənzilləri almağa çatmayacaq. Onların dediyinə görə, evlərini qoyub hec yerə getməyəcəklər. Onu da qeyd edək ki, bu bina İqtisadiyyat Nazirliyinin mülkiyyətindədir.

Print Email
FaceBook Twitter Google