Marneuli meriyasından verilən məlumata görə, Marneuli
bələdiyyəsinin Tsereteli kəndində peyntbol üzrə yerli çempionat
keçirilib.
“Çempionatda gənclər iştirak ediblər. Yarışda Marneuli
Bələdiyyəsinin meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze və merin birinci müavini Roin Dekanoidze iştirak
ediblər”, - bu barədə meriyanın məlumatında
deyilir.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi ənənəvi olaraq, peyntbol
üzrə yerli çempionatın keçirilməsi barədə “Marneuli” radiosuna
məlumat
verməyib. Marneuli meri Kənan Ömərovun iştirak etdiyi
tədbirlər və fəaliyyətlər barədə yalnız tədbir keçirildikdən,
meriyanın sosial şəbəkələrdə məlumat dərc etməsindən sonra
öyrənirik.
Marneuli meriyasının yayımladığı məlumata görə, turnir bu il ikinci
dəfədir ki, Marneuli meriyasının dəstəyi ilə keçirilir və bundan
sonra hər il keçiriləcək.
Foto: Marneuli meriyası
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.