“Siti Park” şirkəti ilə müqavilə bu gündən rəsmi olaraq dayandırılıb
10 aprel tarixindən, paytaxtın park etmə sisteminin menecmentini Tbilisinin nəqliyyat şirkəti həyata keçirəcək. Bu haqda Tbilisinin meri Kaxa Kaladze paytaxtın hökumət iclasında bildirib.

Tbilisi merinin sözlərinə görə, Tbilisi park etmə sisteminin veb-səhifəsi yaradılıb və orada vətəndaşlar cərimələri və eləcə də park etmə dəyərinin ödənilməsini həyata keçirə və başqa vacib məlumatlar ala biləcəklər.

Kaxa Kaladzenin bəyənatına görə, Tsabadze iki nömrəsində parkinqin mərkəzi ofisi qüvvəyə minəcək.

“Park etmənin hər hansı vergsini sürətli ödəmə aparatı və ya banklar vasitəsilə ödəyə biləcəksiniz. Tbilisi parkinqin əməkdaşları iş üçün lazım olan bütün müvafiq texnika ilə təchiz olunacaqlar”, - bildirib Tbilisinin meri.

Onun sözlərinə görə, cərimələrdən daxil olan bir tetri də nəqliyyat siyasətinin gücləndirilməsinə sər olunacaq.

Mənbə: On
Print Email
FaceBook Twitter Google