Vəkil – çoban Xada dərəsində Smitlər ailəsini qətlə yetirən iki nəfəri ətraflı şəkildə təsvir etdi
Xada dərəsində Smitlər ailəsinin qətl işində ittiham olunan Malxaz Kobaurinin sorğulanması cəzaçəkmənin səkkizinci müəssisəsində indiki mərhələdə başa çatıb.
Kobaurinin vəkilinin David Qirqvlianinin jurnalistlərə bildirdiyinə görə sorğulanma güman ki, 23 iyulda da davam edəcək. Qirqvlianinin sözlərinə görə, bugünkü sorğuda onun müdafiəsi altında olan şəxs Smitlər ailəsini qətlə yetirən iki nəfər haqqında danışıb. Onun sözlərinə görə, Kobauri bildirib ki, bu iki nəfər etnik olaraq gürcü deyillər, güman ki, Qafqazlıdırlar və gürcü dilində ünsiyyət qurmayıblar.

“İndiki mərhələdə Kobauri sorğuda iştirak etdi. İstintaqla əməkdaşlıq edir və o, bu faktın şahidi kimi ətraflı şəkildə Smitlər ailəsini qətlə yetirən iki nəfəri təsvir etdi. O, amerikan ailəsi ilə necə qarşılaşdığını və iki naməlum şəxsin Xada dərəsinə necə getdiyi vəziyyəti tam təsvir etdi. Kobauri bildirdi ki, istintaq istəyərsə həmin şəxslərin foto robotunu tərtib etməyə də razıdır. O, həmin şəxslərin hündürlüyü, qaşlarının quruluşu, saç rəngi və birinin fərdi xüsusiyyətini də qeyd etdi. Ona tanış olmayan şəxslər Qafqaz mənşəli xarici imişlər. Onlar gürcü dilində ünsiyyət qurublar. Çünki Kobauri başqa dil bilmir. Sonra soruşdum os deyildilər ki və qəti şəkildə istisna etdi. Bir sual yenə verdim – onarın azərbaycanlı olduğunu istisna edirdi ya yox. O, cavab verdi ki, istisna etməzdi”, - bildirib vəkil.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər