Gürcüstandan siqaretin ixracı 465% artıb
2018-ci ilin yanvar-sentyabr aylarında Gürcüstandan siqaretin, siqarın ixracı 100 milyon 461 dollar təşkil edib. Bu bütün ölkənin ixracının 4,1%-dir.

Statistika Xidmətinin ön məlumatına görə, keçən ilin analoji dövrü ilə müqayisədə ölkədən siqaretin ixracı 465% artıb. Konkret olaraq, 2017-ci ilin yanvar-sentyabrında Gürcüstandan ixrac olaraq 17 milyon 779 min dollarlıq siqaret ixracı həyata keçirilib.

Qeyd olunmalıdır ki, siqaretin ixracının ən böyük hissəsi re-ixraca düşür.

Siqaretin idxalı da artıb: Konkret olaraq yanvar-sentyabrda ölkədə 123 milyon 177 min dollarlıq siqaret daxil olub və bu ümumi idxalın 1,8%-dir. 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 59 milyon 423 min dollarlıq siqaret daxil olub.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google