Moskva hava limanında “Boinq” sərnişin təyyarəsi 25 yaşlı gənci vurub
Bədbəxt hadisə Moskvanın “Şeremetevo” hava limanında baş verib. Rusiya istintaq komitəsinin məlumatına görə, İspaniyadan deportasiya edilmiş, Moskvadan keçməklə vətəninə qayıdan Ermənistan vətəndaşı sərnişin təyyarəsinin vurması nəticəsində dünyasını dəyişib.

Rusiya mətbuat vasitəsi “Meduza”nın məlumatına görə, hadisə 20 noyabr tarixində axşam saatlarında baş verib. Hüquq mühafizəçiləri mərhumun bədəninin hissələrini Moskva-Afina reysinin uçuşundan sonra tapıblar. Hadisə yerindən həmçinin mərhumun şəxsi əşyaları və sənədləri də tapılıb.

Mərbuat vasitəsinin yazdığına görə, Moskva-Afina reysinin pilotları dispetçerə məlumat veriblər ki, deyəsən heyvan vurublar, ancaq təyyarəyə zərər dəyməyib və uçuşu davam etdirirlər. Bu məlumatı aldıqdan sonra hava limanının təhlükəsizlik xidməti əməkdaşları uçuş zolağına gediblər və ölmüş gənci tapıblar. Hadisə nəticəsində “Şeremetevo” hava limanında bir neçə reysin uçuşu gecikib. Qəza törədən təyyarə isə Afinaya salamat çatıb, lakin hava limanında yoxlayış zamanı təyyarənin korpusunun zədələndiyi aşkarlanıb.

“İnterfaks”ın məlumatına görə, İspaniiyadan qovulmuş gənc Madrid-Moskva reysində qarışıqlıq yaradıb və bort bələdçisini vurub. Daha sonra hüquq mühafizəçiləri onu çıxışda duran avtobusa aparırlar, lakin təhlükəsizlik kameralarından görünür ki, 25 yaşlı gənc təyyarəyə qədər aparacaq avtobusa minmir və iti addımlarla uçuş zolağına doğru gedir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google