Kaladze: Tbilisi üçün 18 metrlik avtobusların alınması planlaşdırılır
Paytaxtın meri
Kaxa Kaladzenin bəyanatına görə Tbilisi üçün 18 metrlik
avtobusların alınması planlaşdırılır.
Kaladzenin sözlərinə görə, oxşar rekomendasiya
meriyanın sifarişi ilə “Sistra” tərəfindən hazırlanmış tədqiqatda
qeyd olunub.
“Münhendə MAN-ın sərgi mərkəzində ən yaxın modelin
18-metrlik avtobuslarını nəzərdən keçirdik və onların paytaxta
gətirilməsi planlaşdırılıb. MAN-ın sərgi mərkəzində şirkətin rəhbər
şəxsləri ilə görüşdük – əməkdaşlıq perspektivləri haqda söhbət
etdik. Eləcə də Tbilisidə gedən nəqliyyat reformalarından danışdıq.
Reforma çərçivəsində köhnə avtobusların yeni ilə əvəz olunması
nəzərdə tutulub” - Kaladze deyir.
Avtoparkın yenilənməsi üçün 90 ədəd 10 metrlik avtobusdan bir
hissəsi artıq hazırdır və onlar paytaxta mərhələli şəkildə
gətiriləcəklər. Belə ki, 220 ədəd avtobusun alınması üçün tender
elan edilib.