NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır
NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentinin birinci oxunuşundan keçməsindən narahatdır.

Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “X” platformasındakı paylaşımında bildirib.

“NATO Tbilisidə birinci oxunuşdan keçən qanun layihəsindən narahatdır. NATO namizədi olaraq Gürcüstan üçün əsas məsələ media azadlığını və vətəndaş cəmiyyətinin iştirakını təmin etmək üçün düzgün çərçivəyə malik olmaqdır. Bu qanun layihəsi geriyə doğru bir addımdır və Gürcüstanın Avro-Atlantik inteqrasiyasını irəli aparmır", - Kolomina qeyd edib.”

Mənbə: apa.az

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google