Andlı hakimlər yekdilliklə müttəhimi qisas məqsədi ilə qətl törətməkdə təqsirli bilib
Andlı hakimlərin yekdil qərarı əsasında müttəhim qisas məqsədi ilə qətl törətdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluqdan verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında torpaq sahəsi ilə bağlı mübahisə olduğu müəyyən edilib. Cavabdeh qonşunun razılaşmadığı mübahisəli torpaq sahəsini öz mülkiyyətinə keçirməyə çalışıb.

“2023-cü il sentyabrın 3-də mübahisə zəminində müttəhim fermadan ov tüfəngini çıxarıb və qəfildən gənc oğlanı güllələyib, zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.

İttiham tərəfi iş üzrə tutarlı sübutlar təqdim edib, onların məcmusu təqsirləndirilən şəxsin cinayəti törətdiyini təsdiqləyib. Bütün sübutları və işin hallarını ətraflı öyrəndikdən sonra andlılar heyəti yekdilliklə təqsirləndirilən şəxsi qəsdən adam öldürmədə təqsirli bilib",
- agentliyin açıqlamasında deyilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google