Hakim Lazare Qriqoriadisin işi üzrə hökmü vəkillərə verib
Lazare Qriqoriadisin işi üzrə hakim hökmü hazırlayıb və Qriqoriadisin vəkillərinə verib. Qriqoriadisin vəkili Tatia Manijaşvilinin AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar artıq bu sənədlə prezident administrasiyasına gedirlər ki, əfv aktının verilməsi üçün ona təhvil versinlər. Onlar Lazarın bu gün cəzaçəkmə müəssisəsini tərk edəcəyini gözləyirlər - prezidentin əfv sərəncamı cəzaçəkmə müəssisəsinə gedəndən sonra məhbus dərhal həbsxananı tərk edir.

Hakim Zviad Şaradze bir il ərzində Lazare Qriqoriadisin işinə baxıb.

Lazare Grigoriadis niyə həbsxanadan çıxa bilmir - hakim qətnamə hissəsini hazırlamaq üçün 14 gün vaxt ayırdı
Hakim aprelin 12-də Qriqoriadisin işi üzrə qərarı elan edib və onu 9 il müddətinə azadlıqdan məhrum edib. Elə həmin gün prezidentin Qriqoriadisi əfv etmək qərarı da məlum olub.

Hökmün qətnamə hissəsi olmadığına görə prezident əfv aktını verə bilməyib - hakim Zviad Şaradze hökmün hazırlanması və tərəflərə çatdırılması üçün maksimum 14 gün vaxt verib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google