“Lelo”nun baş katibi İrakli Kupradze məhkəmə tərəfindən qanunu
pozan şəxs kimi tanınıb və 2500 lari cərimə edilib.
Aprelin 16-da Kupradze İnzibati Xətalar Məcəlləsinin 166-cı - xırda
xuliqanlıq və 173-cü - polis əməkdaşının qanuni tələbinə tabe
olmamaq maddələri ilə rus qanunvericiliyinə etiraz olaraq
saxlanılıb.
“Onlar İrakli tərəfindən qanun pozuntusunun olmasına dair heç bir
sübut gətirə bilmədilər. Hər üç polisin ifadəsi bir-biri ilə
ziddiyyət təşkil edib. Müvafiq olaraq, heç bir sübut yox idi və işə
xitam verilməsi barədə qərar qəbul edilməli idi. Onu kordonu
pozmaqda ittiham ediblər, lakin kadrlarda İraklinin əllərini yuxarı
qaldırdığı görünür. Daxili İşlər Nazirliyinin nümayəndələrinin
silahlı şəxsin bir neçə yüz xüsusi təyinatlının kordonunu yarada
biləcəyini iddia etməsi inanılmaz absurd idi”, - deyə
Kupradzenin vəkili bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.