Avropa Parlamentində baxılan qətnaməyə düzəlişlərdə İvanişvilinin sanksiyaya məruz qalması da qeyd olunur
Aprelin 25-də Avropa Parlamenti qətnamə ilə birlikdə sənədə düzəlişlərə baxacaq. Dəyişiklikləri ehtiva edən müvafiq sənədlər Avropa Parlamentinin saytında dərc olunub.
İlk düzəlişdə oliqarx Bidzina İvanişvilinin sanksiyasının mümkünlüyündən bəhs edilir.

“[Avropa Parlamenti] 2023-cü il dekabrın 30-da “Gürcü Arzusu”nun “fəxri sədri” olmaqla aktiv siyasətə qayıdan Gürcüstanın yeganə oliqarxı Bidzina İvanişvilini hazırkı siyasi böhrandakı şəxsi roluna və hökuməti sarsıtmaq cəhdinə görə qınayır və həssas insanların maraqlarına zidd fəaliyyət göstərdiyinə görə İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırışını təkrarlayır”, - müəllifi Avropa Parlamentinin deputatı Anna Fotiga olan 14-cü bəndin 14a düzəlişində yazılıb.

Həmin 14b bəndinə düzəlişin müəllifi də Anna Fotigadır və bu hissədə eks-rezident Mixeil Saakaşviliyə aiddir. Düzəlişdə deyilir: “[Avropa Parlamenti] Gürcüstan hakimiyyətini keçmiş prezident Mixeil Saakaşvilini humanitar əsaslarla azad etməyə və onun xaricdə müvafiq müalicə almasına icazə verməyə çağırışını təkrarlayır; O qeyd edir ki, onun işi məhkəmə sistemində real islahatların aparılmasının vacibliyini daha da vurğulayır”.

Üçüncü düzəlişin müəllifi Urmas Paetidir və onun fikrincə, qanun qəbul olunarsa, Gürcüstan üçün Aİ ölkələri ilə vizasız gediş-gəliş rejiminin mövcudluğuna yenidən baxılmalıdır.

12a bəndi kimi nəzərdən keçirilən düzəlişdə deyilir: “[Avropa Parlamenti] Komissiyanı planlaşdırılan “Xarici agent” qanununun Gürcüstanın viza liberallaşdırılması meyarlarını, xüsusən də əsas hüquqlar baxımından davamlı şəkildə yerinə yetirməsinə təsirini vaxtında qiymətləndirməyə çağırır. Aİ-nin viza liberallaşdırılması siyasətinin ən mühüm komponentidir”.

Bundan əlavə, eyni Avropa Parlamentinin dördüncü düzəlişi cinsi azlıqlarla bağlı qanun layihəsinə də şamil edilir.

“[Avropa Parlamenti] “Gürcü Arzusu” çoxluğunu LGBTİQ hüquqlarını məhdudlaşdıran konstitusiya qanunvericiliyini geri götürməyə çağırır, bu, təkcə LGBTİQ hüquqlarına deyil, həm də söz azadlığına və azad vətəndaş cəmiyyətinə hücumdur”, – dəyişiklikdə deyilir.

Urma Paetin üçüncü düzəlişi məhz Fotiqanın Saakaşvili ilə bağlı düzəlişini təkrarlayır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google