Batumidəki kafe-barın işçiləri zorakılıq tətbiq edərək və
öldürməklə hədələyərək xarici qonaqlardan sifarişləri müqabilində
267 min türk lirəsi və 5700 lari qoparıblar.
Aparılmış əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində
əcnəbi vətəndaşlar: 1975-ci il təvəllüdlü S.C. və 1976-cı il
təvəllüdlü H.E. saxlanılıb. Onlar külli miqdarda əmlak əldə etmək
üçün dəstə cinayətləri törətməkdə ittiham olunurlar. Cinayət 4
ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, Batumi şəhərində yerləşən kafe-barda
işləyən təqsirləndirilən şəxslər həmin kafe-barın qonaqlarından
olan xarici ölkə vətəndaşlarından onların sifarişlərinə uyğun
gəlməyən məbləğdə, qanunsuz olaraq 267 min türk lirəsi və 5 min 700
lari pul tələb ediblər. Daxili İşlər Nazirliyindən edilən məlumatda
onların zorakılıq və öldürülməklə təhdid olunduqları yazılır.
Qurumdan verilən məlumata görə, külli miqdarda əmlak əldə etmək
məqsədilə törədilən hədə-qorxu ilə tələb etmə faktı üzrə Cinayət
Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsi ilə istintaq
aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.