Bu gün parlamentin yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı iki aksiya keçiriləcək
Aprelin 30-da Gürcüstan parlamenti qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı nümayiş təyin olunub.

Aksiyalar saat 12:00 və 19:00-a təyin edilib.

“Gürcüstan hökuməti aprelin 30-da “rus qanunu”nu ikinci oxunuşda qəbul etməyə hazırlaşır. Müqavimətimizi davam etdiririk və Parlamentin yanında görüşürük: səhər saat 12:00-da və axşam saat 19:00-da”, - aksiya təşkilatçılarının bəyanatında deyilir.

Əlavə olaraq qeyd
edək ki, aprelin 30-da saat 18:00-da İliya Dövlət Universiteti və Tbilisi Dövlət Universitetinin tələbələri birgə yürüş keçirəcəklər.

Xatırladırıq ki, Parlamentin Hüquq məsələləri komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google