Qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır – Kobaxidze
Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası etirazlardan yaranan narahatlığa baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.

Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“Əlbəttə, biz bu qanunu qəbul edəcəyik. Bir neçə gün davam edəcək diskomfort olacaq, lakin uzunmüddətli perspektivdə biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən sığortalayacağıq”,
- o deyib.

İ.Kobaxidze həmçinin qeyd edib ki, bu qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirəcək.

“Çünki biz hətta zehni inqilabi proseslərdən yayınsaq, bu, Avropaya inteqrasiyanı yalnız sürətləndirəcək”, - İ.Kobaxidze bildirib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google