Parlament Rus qanununu ikinci oxunuşda dəstəkləyib
Parlament Rus qanununu ikinci oxunuşda dəstəkləyib.

Qanun layihəsini ikinci oxunuşda 83 deputat dəstəkləyib, 23 deputat isə əleyhinə səs verib.

Mamuka Mdinaradze və Nika Samxaradze sessiyada iştirak etməyiblər. Parlamentin mətbuat xidmətinin məlumatına görə, Mdinaradze səhhətinə görə iclası buraxıb, Nika Samxaradze isə ABŞ-dadır.

İlk səsvermədə iştirak etməyən Fridon İncia və Givi Çiçinadze tərəfdarlar siyahısına əlavə edilib.

Qanunun qəbuluna üçüncü oxunuş qalıb. Üçüncü oxunuşda qanun layihəsində yalnız redaksiya xarakterli dəyişikliklərə baxılır. Üçüncü oxunuşda səsvermədən sonra Parlamentin qanunu qəbul etdiyi hesab ediləcək.

Rus qanununun üçüncü oxunuşunun mayın 12-də keçiriləcək sessiya həftəsində baş tutacağı gözlənilir.

Artıq prezident qanunu imzalamayacağını və ona veto qoyacağını bəyan edib. Üçüncü səsvermədən sonra prezidentin qərar qəbul etməsi üçün 14 gün vaxtı var.

Vetonun öhdəsindən gələcəyi təqdirdə, Şalva Papuaşvilinin qanunu imzalayaraq dərc etdirməsi mümkündür. Bundan sonra qanun nəhayət qəbul edilmiş sayılacaq.

Parlamentin sədri Şalva Papuaşvili bu gün qanun layihəsinin müzakirəsi zamanı müxalifətdən olan 4 deputat - Tina Bokuçava, Salome Samadaşvili, Tako Çarkviani və Qiorqi Botkoveli iclas zalından çıxarıb.

Əksər hallarda, Papuaşvilinin izahatına görə, buna səbəb deputatların mikrofonsuz danışması və onun xəbərdarlıq etməsinə baxmayaraq danışığını dayandırmaması olub.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google