Zorakılıq xalqı dayandıra bilməz – Zurabişvili
“Xarici təsirin şəffaflığı haqqında” qanun Rusiyadan ilhamlanıb və etirazlara səbəb olub. Etirazlara Rusiya təsirinə qayıtmaq istəməyən gənclər rəhbərlik edir.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Sky News”a deyib.

Prezidentin sözlərinə görə, Gürcüstan vətəndaşları heç kimə Avropa perspektivini və reallığını oğurlamağa imkan verməyəcək: “Bəzi müxalifət liderlərinə və gənclərə qarşı zorakılıq tətbiq olundu, lakin bu, Gürcüstan xalqını dayandıra
bilməz. Bu, uzun döyüşdür, Gürcüstan əvvəllər dəfələrlə Rusiyanın üstünlüyünü məğlub edib. Bu qanun layihəsinin yenidən gündəmə gətirilməsində vacib odur ki, layihə sırf Rusiyadan ilhamlanıb və etirazlara səbəb olub".


"Vacibdir ki, bunu müxalifət partiyaları deyil, əhalinin Rusiya təsirinə qayıtmaq istəməyən gənc hissəsi təşkil edib. Biz bu statusu gördük. Namizədlik dekabr ayında verildi ki, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar ilin sonunda başlaya bilər. Bu reallıqdır və heç kimə perspektivi oğurlamağa imkan verilməyəcək", - S.Zurabişvili bildirib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google