Gürcüstanın qərb trayektoriyası risk altındadır – ABŞ-ın Gürcüstandakı səfirliyi
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi “rus qanununun” ikinci oxunuşda qəbul edilməsini qınayır. ABŞ səfirliyi tərəfindən yayımlanmış paylaşıma əsasən, Gürcüstanın qərb trayektoriyası risk altındadır. Bu hakim partiya üzvlərinin bəyanatları ilə də təsdiqlənir. Onlar bildirirlər ki, qanunun məqsədi tənqidi səsləri boğmaq və Gürcüstanın rəngarəng vətəndaş sektorunu məhv etməkdir.

ABŞ-ın Gürcüstandakı səfirliyi gürcü xalqına dəstəyini bildirib və dinc aksiya iştirakçılarına
qarşı zorakılığı qınayır.

ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatını sizə təqdim edirik:

Gürcüstanın qərb trayektoriyası risk altındadır.

Birləşmiş Ştatlar Gürcüstan Parlamentində “xarici təsir” qanun layihəsinin Kremldən ilhamlanaraq irəli sürülməsini və hökumət rəsmilərinin onu müdafiə etmək üçün istifadə etdikləri saxta narrativləri qınayır. Hakim partiyanın üzvləri bu qanunun tənqidi səsləri boğmaq və Gürcüstanın rəngarəng vətəndaş cəmiyyətini məhv etmək məqsədi daşıdığını açıq şəkildə bildiriblər. Vətəndaş cəmiyyəti hər hansı demokratik ölkədə hökumətə nəzarətdə böyük rol oynayır.

Bu qanun və “Gürcü Arzusu”-nun qərbə qarşı ritorikası Gürcüstanı təhlükəli yola çıxarır. Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri demokatik dəyərlərə uyğun deyil və Gürcüstanın Avroatlantikaya inteqrasiya yolunu yerə vurur. Həmin dəyərlər Avropa İttifaqı və NATO-ya üzvlüyün əsasıdır. Gürcüstanın iqtisadiyyatını, demokratiyasını, Rusiya təcavüzünün qarşısını almaq imkanlarını gücləndirmək üçün 32 ildir ki, Gürcüstana xarici dəstəyi təhrif edən bəyanatlar Gürcüstan hökuməti və gürcü xalqı ilə qurduğumuz möhkəm əlaqələri mahiyyət etibarı ilə sarsıdır.

Biz gürcü xalqının yanındayıq və onların səsinin eşidilməsi hüququnu dəstəkləyirik. Biz dinc nümayişçilərə, o cümlədən nümayişləri işıqlandıran jurnalistlərə qarşı zorakılığı qınayırıq. Dinc toplaşmaları və söz azadlığını boğmaq üçün gücdən istifadə etmək yolverilməzdir. Biz hakimiyyəti qeyri-zorakı aksiya iştirakçılarına ifadə azadlığı hüquqlarından istifadə etməyə davam etmək imkanı verməyə çağırırıq.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google