Marneuli meriyası və Bələdiyyə Məclisinin PR xidməti üçün fotoaparatların alınması ilə bağlı elan edilmiş tender baş tutmayıb
Marneuli meriyası tərəfindən meriya və Bələdiyyə Məclisinin PR xidməti üçün fotoaparatların alınması ilə bağlı elan edilmiş tender baş tutmayıb.

Tenderdə heç bir namizəd iştirak etməyib. Yerli özünüidarə texnika və müxtəlif aksessuarların alınmasına 51 000 lari xərcləməyi planlaşdırırdı. Yeni tenderin nə zaman elan ediləcəyi və hansı vəsait nəzərdə tutulacağı hələ ki, məlum deyil.

Dövlət Alqı-Satqı Xidmətinin
veb-səhifəsinə yüklənmiş sənədə əsasən, meriyanın PR xidməti üçün yerli özünüidarə büdcəsində üç ədəd fotoaparatın, fotoaaprat linzalarının, elementlərin, yaddaş kartlarının,çanta, işıqlandırma və printerin alınması nəzərdə tutulub.

Marneuli Bələdiyyə Məclisinin PR xidmətinə bir fotoaparat, apparat üçün linza, elementlər, yaddaş kartları, fotoaparat üçün çanta, işıqlandırma, mikrofon başlığı, printer alınacaq.

Vəsait 100% yerli büdcədən maliyyələşdirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google