Məktəblə vidalaşmaq neçəyə başa gəlir?
Məktəblərin buraxılış dövrü başlayır. Abituriyentlər buraxılış tədbirlərinə hazırlaşırlar. Biz Kvemo Kartli məktəblərinin məzun olacaq şagirdlərindən son zəng tədbirinə hazırlığın təxminən neçə lariyə başa gəldiyini soruşduq. Bizim sorğumuzda iştirak edən şagirdlərə son zəng üçün təxminən 1000 lari lazımdır.

“Məktəbdə son zəng tədbirimiz, banket və ekskursiya olacaq. Bizim son zəngimiz büdcə baxımdan orta səviyyəli olacaq, çalışdıq ki, hər şeyi
büdcəyə uyğun nəzərə alaq. Mən son zəng ənənəsini çox sevirəm, çünki həyatda bir dəfə olur, bu gün bir daha təkrarlanmır. Mənim üçün bu xərclər adi haldır”
- abituriyent Aygün Mikiyeva bildirir.

Aygün məktəbi bitirməyi qeyd etmək üçün xərcləri təxminən belə bölüb. O, bildirir ki, bu xərclər əksər şagirdlər üçün belədir:

Son zəng üçün donlar (bir şagird)- 120 lari
Ayaqqabı – (bir şagird) – 70 lari
Gözəllik salonu – (bir şagird) – 60 lari
Dekorasiya (bütün sinif) – 300 lari
Musiqi – (bütün sinif) – 300 lari
Avtobus xərci (bütün sinif) – 250 lari
Video (bütün sinif) – 1600 lari
Banket süfrəsi (bir şagird) – 150 lari

“Əlbəttə, bütün 12-ci sinif şagirdləri kimi bizim də son zəng tədbirimiz olacaq. Müəllimlərlə birlikdə banket keçirəcəyik. Hər şey üçün birlikdə, bir şagirdə 1400 lariyə qədər pul lazım gəlir. Son zəng və banket çox mühümdür. Mənim fikrimcə, çox yaxşı ənənədir, çünki müəllimlərlə vidalaşırıq, yazılı köynəklər isə bizə xatirə qalır. Bunların hamısı ilə müəllimlərə və bir-birimizə böyük hörmətimizi göstəririk”- Yeni Dioqnisi məktəbinin şagirdi Kristina Dzirkvadze bildirir.

Kristinanın sinifi də başqa siniflər kimi son zəng və banket üçün foto/video çəkilişlər gətirməyi planlaşdırır.

Fotoqraf (bütün sinif) – 1400 lari
Restoran (bütün sinif) 5000 lari
Geyim (bir şagird) – 200 lari

“Son zəng tədbirimiz məktəbdə keçiriləcək. Musiqi, şeirlər, rəqslər və s. olacaq. Fotosessiya edəcəyik və sonra banket olacaq. Hamısı birlikdə mənim üçün 300 lariyə başa gəldi. Mən son zəngi çox bəyənirəm, yaxşı ənənədir, 12 il birlikdə oxuduğumuz sinif yoldaşlarımız ilə məktəbi bitirməyimizi qeyd edirik və bunlar hamısı xatirə olaraq qalacaq”- Kvemo Bolnisi 2 saylı ictimai məktəbinin 12-ci sinif şagirdi Nəzrin Turabova bildirir.
Turabova bizim sorğu apardığımız abituriyentlər kimi düşünür ki, son zəng və banket məktəbi bitirməyi qeyd etmək üçün yaxşı ənənədir.

Kvemo Bolnisinin 1 saylı məktəb şagirdi Dinar Əhmədov da son zəngə hazırlaşır.
“Bizim də son zəng tədbirimiz və banketimiz olacaq, istəyirəm ki, hər şey yaxşı olsun, xatirəmizdə yaxşı qalsın. Çünki mənim üçün ilk dəfə belə hadisə olacaq. Hər şagirdə təxminən 500 lariyə qədər pul lazım olur. Son zəng üçün video çarx hazırlayırıq, musiqi və ekskursiya da olacaq” – Dinar Əhmədov bildirir.

Marneulidə bu il 2000-ə yaxın şagird məzun olacaq.
Gürcüstan miqyasında isə vahid milli imtahanlara 47 000 abituriyent qeydiyyatdan keçib.
Müəllif: Nino Hüseynova

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google