İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük
rol oynayır.
Bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması
prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu
sayda müxtəlif maddələr lazımdır - zülallar, karbohidratlar,
vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox
xəstəliklərin və pozulmaların inkişafına təkan verir.
Sizə bağırsaqlar üçün ən faydalı 5 məhsul təqdim edirik:
- - Buğda kəpəyi. Bağırsaqları təmizləyir, onların
fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan
qaldırır.
- - Çuğundur. Bu tərəvəz bağırsaqlar üçün ən faydalı
sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları
təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.
- - Qoz. Yeni elmi araşdırmalar göstərib ki, qoz düz
bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.
- - Kefir. Bu məhsul bağırsaqlarda çürümə prosesləri
azaldır, mikrofloranın bərpasına kömək edir.
- - Bal. Güclü iltihab və mikrob əleyhinə, yarasağaldan
təsirə malik olan bal bağırsaqların selikli qişasına müsbət təsir
edir.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.