Mayın 8-nə keçən gecə “Agent qanunu”na qarşı çıxan fəal Laşa
Qvinianidze küçədə döyülüb.
O, həmin vaxt zorakılıq aktının yalnız bir fraqmentini lentə ala
bilən bir dostu ilə birlikdə olub.
Qvinianidze zədə səbəbindən alt dodağını tikdirməli olub. O,
klinikadan “TV Pirveliyə” danışıb.
“Bu, mənim aktivliyimlə bağlıdır... Bu gün 72 yaşlı
atama zəng vurub hədələdilər, axşam onlar bizim hamımızın telefon
zarafatı olacağını düşündüyümüz hədə-qorxu gəldilər”,
- deyə Mayın 11-də Tbilisidə keçirilməsi planlaşdırılan yürüşün
təşkilatçılarından biri olan fəal bildirib.
Dünən “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani də fiziki təzyiqə
məruz qalıb. “Qirçi – daha çox azadlığ”ın lideri Zura Caparidze
Facebook-da yazıb ki, qardaşı da fiziki zorakılığa məruz qalıb.
Artıq ikinci gündür ki, naməlum şəxslər “Agent qanunu”nun
əleyhdarlarına şəxsi telefon nömrələri ilə zəng edir, onları söyür,
hədələyir.
Bu qanun layihəsinin yenidən gündəmə gəlməsinin ardınca Tbilisidə
kütləvi etirazlar baş verdi - hakim "Gürcü arzusu" partiyası bu
qanun layihəsinin bu il qəbul ediləcəyini bildirir.
Son bir neçə gündə “Agent qanunu”na qarşı çıxan siyasətçilər də
döyülüb. “Milli Hərəkat”ın sədri Levan Xabeişvili və “Vətəndaşlar”
partiyasının lideri Aleko Elisaşvili polisləri zorakılıqda ittiham
edir.
“Agentlər haqqında” qanuna əsasən, Gürcüstanın tərəfdaş
ölkələrindən maliyyə alan media və qeyri-hökumət təşkilatları
“xarici dövlətin maraqlarını daşıyan təşkilatlar” kimi qeydiyyatdan
keçməlidirlər. Ötən il təşəbbüsü ilə irəli sürülən qanun layihəsinə
əsasən, onların agent kimi qeydiyyata alınması nəzərdə tutulurdu.
Bir il sonra, yeni təqdim olunan qanun layihəsində parlament
çoxluğu yalnız təşkilatların qeydiyyat siyahısının adını
dəyişib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.