Hər bir jurnalistə və onların ailə üzvlərinə qarşı cinayət əməllərinə görə bütün məsuliyyəti hakimiyyətin öhdəliyinə qoyuruq – onlayn medianın bəyanatı
“Gürcü Arzusu” hələ “rus qanununu” qəbul etməyib və azad media, ictimai təşkilatlara qarşı artıq repressiv metodlara başlayıb. Bunun məqsədi müstəqil jurnalistlərə və mülki fəallara qarşı zorakılıqdır.

Hakimiyyət onu genişmiqyaslı korrupsiyaya, nepotizmə, qeyri-şəffaflığa, Rusiya təsirinin artmasına, sistemli cinayətlərin araşdırılmamasına və s. ifşa edən vətəndaşları və təşkilatları qorxutmağa, aradan qaldırmağa çalışır.

Yaranmış vəziyyət – hakimiyyətin təhdid və zorakılığa
ictimai çağırışlarla bağlı hərəkətləri bizə jurnalist fəaliyyətimizi həyata keçirməyimizə mane olur.

Hər bir jurnalistə və onların ailə üzvlərinə qarşı cinayət əməllərinə görə bütün məsuliyyəti hakimiyyətin öhdəliyinə qoyuruq.

Bəyanata imza atanlar:
  • Netgazeti/Batumelebi;
  • “Monitor” Studiyası;
  • Publika;
  • Dağ xəbərləri/Gürcüstan xəbərləri;
  • Gürcüstan Jurnalistlər Etika Xartiyası / Mediaçeker;
  • Tabula;
  • oc-media;
  • jam-news;
  • on.ge;
  • Chai-khana;
  • kutaisipost.ge;
  • qartli.ge;
  • Araşdırmaçı Jurnalistlər Birliyi “Ai Fakt”;
  • Media April;
  • “Cənub Qapısı”
  • Proekti 64;
  • “Marneuli” İcma Radiosu

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google