Kostava küçəsində yeni asfalt qatı çəkilmiş yolu yenə söküblər

Kostava küçəsində bir neçə ay əvvəl bərpa edilmiş asflat qatı yenidən sökülüb.

Sakinlər yolun asflat qatının yenidən niyə sökülməsi haqqında məlumatsızdırlar.

“Bu işdən narazıyıq, həmişə yolu təmir edirlər, bir həftədən sonra yenidən sökürlər. Bu yolu ya bütövlükdə təmir etsinlər, ya da tamamilə söksünlər. Axşamlar adamlar hərəkət edə bilmirlər və maşınlardan heç danışmırıq. Bilmirik nə edək, bu istisna
deyil, Marneuli küçələrində də oxşar vəziyyətdir”,
– Kostava küçəsinin sakini olan kişi bildirir.

Vətəndaşlar hesab edirlər ki, yolda olan problemlərə görə əhaliyə təhlükə yaranır.

“Bu yolun vəziyyəti çox pisdir, maşınlar keçəndə sürətlə hərəkət edirlər və bu insanlar üçün təhlükəlidir. Çünki sürücülər sürəti azalda bilmirlər və qəza baş verə bilər”, – Kostava küçəsinin daha bir sakini bildirir.

Kostava küçəsində piyadalar üçün də təhlükə var, çünki küçədə səki yoxdur. Əhali təhlükəli yoldan istifadə etdiyinə görə, narahatdır.

“Bu küçədə yaşayıram və düşünürəm ki, bu yol insanlar üçün çox təhlükəlidir. Uşaqlar, gənclər, qocalar, maşınlar və başqaları üçün çox təhlükəlidir. İnsanlar bu yoldan keçmək istəmirlər. Bu yol təmir edilmişdi, amma sonra yenidən sökdülər, səbəbi bizə məlum deyil və düşünürəm özləri də bilmirlər”, – Marneulidən olan müsahib bildirir.

Qeyd edək ki, Kostava küçəsində yola asflat qatının çəkilməsi ötən il başa çatıb. Gürcüstan Avtomobil Yolları Departamentindən 2021-ci ilin dekabr ayında “Marneuli” radiosuna bildirmişdilər ki, layihə dövlət büdcəsindən maliyyələşdirilir və ümumilikdə, vəsait 672 000 lari təşkil edir.

Müəllif: Nino Hüseynova

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google