Marneulidə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 10 may tarixində Marneulidə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təşkilatçılığı ilə “Azərbaycan Evində” baş tutdu.

Tədbiri giriş sözü ilə açan “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” icraçı direktoru Murad Muradov qonaqları salamladıqdan sonra Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının
Gürcüstandakı səfiri Faiq Quliyevə verilib. Səfir öz çıxışında Heydər Əliyevin fəaliyyəti, Gürcüstana olan isti munasibəti haqda söz açaraq, təməli Əliyev tərəfindən qoyulmuş Gürcüstan-Azərbaycan dostluq və strateji partnyorluq münasibətləri haqda çıxış edib.

Daha sonara tədbirdə Marneuli meri Kənan Omarov, Marmneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Gürcüstan Parlamentinin keçmiş deputatı Hidayyət Hüseynov çıxış ediblər. Onlar da çıxışlarında iki ölkə arasındakı dostluq, qardaşlıq, ikitərəfli tərəfdaşlıq münasibətələrinin yaranmasındakı müstəsna rolundan bəhs ediblər.

Çıxışlardan sonra GAİM-in rəhbəri Murad Muradov, mərkəzin “Robotexnika klubu” tərəfində hazırlanmış Heydər Əliyevin 3D formatda hazırlanmış imzasını səfir Faiq Quliyevə təqdim edib.

Tədbirin sonunda, GAİM tərəfindən elan edilmiş, Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş, “Ulu Öndərin Ömür Yolu” adlı məktəblilər arası inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

İnşa müsabiqəsinin qalibləri:
  1. Güllü Aşırova - Talaveri (Faxralı)
  2. Nəzrin Turabova - Kvemo Bolnisi ( Kəpənəkçi)
  3. Səmayə Əliyeva &Liyana Novruzova - Marneuli, Candar
Qeyd edək ki, tədbirdə din xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər və dəvət olunmuş qonaqlar iştirak ediblər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google