“Financial Time”: Bir neçə Avropa ölkəsi rus qanununa görə sanksiyaların tətbiq olunmasını tələb edir

“Financial Time” mənbələrə əsaslanaraq yazır ki, bir neçə Aİ ölkəsi "rus qanunu"na görə Gürcüstana qarşı sanksiyaların, o cümlədən vizasız gediş-gəlişin dayandırılmasına baxılmasını tələb edir.


Məqalədə deyilir: “Aİ-yə namizəd ölkə olan Gürcüstan Brüsseldən gələn xəbərdarlıqlara və aylarla davam edən küçə etirazlarına məhəl qoymadı və Rusiyada xaricdən maliyyələşən media və insan haqları qruplarının hökumətdə qeydiyyatdan keçməsini tələb edən qanuna
bənzər mübahisəli qanunu davam etdirdi”.

Media yazır ki, gələn həftə Estoniya, Hollandiya, Çexiya və İsveçin xarici işlər nazirlərinin görüşündə bu təşəbbüslə bağlı müzakirələr aparılacaq. İki mənbə FT-yə bildirib ki, müzakirə olunan variantlar arasında
Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişin ləğvi, şəxsi sanksiyalar və Aİ-nin maliyyələşdirilməsinin dondurulması daxildir.

Nəşrin məlumatına görə, Avropa ölkələri hökumətə təzyiq göstərmək üçün müxtəlif məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirir.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google