Şulaveridə əl işləri üzrə müəllimə çevrilmiş mean-ginekoloqun studiyası
İki kiçik otaqda qurulmuş studiyada 12 qız müxtəlif əl işləri yaradırlar. Həftə ərzində yaradılmış oyuncaq gəlinciklər, çantalar, boyunbağılar və başqa əşyaları bir-birinə və Marina müəllimə göstərirlər. Pedaqoq onlara məsləhət verir və əl işlərinə yekun forma verməkdə kömək edir. Marina Tsikorişvili hər şənbə-bazar Tbilisidən gəlir və qızlara toxuma, biserl və ya hörmədə çalışmaq öyrədir.

“Biz keçə düzəldirik, sonra keçə məhsulları, toxuma, muncuq və bitişdirmə ilə artıq çox gözəl əşyalar alınır” – deyir Marina müəllim.

Marina 3 il bundan əvvəl Şulaveridə “Hobbi Hause” təsis edib.Bu kənddə o, illər ərzində mean-ginekoloq olaraq çalışıb. Yerlilərin spesifikasını və qadınların ehtiyaclarını yaxşı bilirmiş. Onlara aktivləşməkdə və sosiallaşmaqda kömək göstərmək istəyirmiş.

“Qızların kənddə imkanı azdır ki, hansısas peşəyə sahib olsunlar. Bu peşə məhz onlar üçündür ki, sonradan özləri üçün bu əşyalardan istifadə etsinlər. Onların sosiallaşması üçün də bu yaxşıdır. Sonra müəyyən gəlir məənbələri də olacaq” - deyir Marina Tsikorişvili.

Marina bu gün 90-cı illərdə onun əli ilə dünyaya gələn qızlara dərs keçir. Valideynlər həkimə etibar ediblər və evə qapanmış övladlarını buraxıblar. Üç il ərzindəəl işini 35 qız öyrənib və biliyindən təcrübədə istifadə edir. Studiyada iş prosesində gənclər dilləri də öyrənirlər. Gürcü, azərbaycan və erməni dilini demək olar ki, şagirdlərin hamısı bilir.

“Mənim yanıma uşaqlar gəldi və yalnız erməni və ya azərbaycan dilində danışırdılar. İndi dil biliklərini daha formalaşdırıblar, bir-birinin dilini bilirlər. Çox etnikli studiyadır və ona görə də ünsiyyət qururlar” - dedi Marina Tsikorişvili.

Ana Akopiani “Hobbi Hause”yə 10 yaşından gedir. İlk əvvəl yalnız erməni dilində danışırmış. İndi gürcü, rus və azərbaycan dilində bilir. Ən yaxşı isə toxumanı bacarır. 13 yaşlı qız sevimli əl işi olan gəlinciyi 30 sentyabrda “Bolnisqalaqoba” bayramında satıb. Təhsilini Ermənistanın incəsənət akademiyasında davam etdirməyi planlaşdırır. Ancaq öz dediyinə görə, öz gələcəyini Gürcüstanda vətəndə görür.

"Bizim qrantımız var və Ermənistanda pulsuz oxuya bilərik.Mənim istəyim var ki, orada oxuyum" - deyir 13 yaşlı Ana.

Studiyanın rəhbəri gələcəkdə kukla teatrı yaratmaq istəyir. Düşünür ki, uşaqlara öz tarixçələrini danışmaq belə daha asan olacaq.

ფოტო Marneulifm\  შულავერი,
ფოტო Marneulifm\ შულავერი,"ჰობი ჰაუსი"
ფოტო Marneulifm\  შულავერი,
ფოტო Marneulifm\ შულავერი,"ჰობი ჰაუსი"
ფოტო Marneulifm\  შულავერი,
ფოტო Marneulifm\ შულავერი,"ჰობი ჰაუსი"
ფოტო Marneulifm\  შულავერი,
ფოტო Marneulifm\ შულავერი,"ჰობი ჰაუსი"
ფოტო Marneulifm\ შულავერი,"ჰობი ჰაუსი"
ფოტო Marneulifm\ შულავერი,"ჰობი ჰაუსი"
ფოტო Marneulifm\ შულავერი,"ჰობი ჰაუსი"
ფოტო Marneulifm\ შულავერი,"ჰობი ჰაუსი"
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər