Qoç - əvvəllər
planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq
mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız
insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər,
texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət
hesablamalarınızdan artıq vaxt tuta bilər.
Buğa - günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri
bitirin. Amma bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan
ola bilər. Yaşamınızdakı olaylara görə kimsəyə şikayətlənməyin.
Mühüm məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız
rifahları ilə bağlı məsələlərin həllini sizə həvalə etmək
istəyirlər.
Əkizlər - maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə
etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada
gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın. Yeni layihələrin
reallaşdırılmasını ertələyin.
Xərçəng - günün ilk yarısı mühüm işlər və genişmiqyaslı layihələr
üçün əlverişli deyil. Başlamaq istədiyiniz işin təfərrüatları,
detalları barədə mümkün qədər çox informasiya toplayın. İşgüzar
görüşə hazırlaşın. Ünsiyyət zamanı qarşı tərəflə sayıq
davranın.
Şir -
işlərinizin irəliləməsi üçün başqasının təcrübəsindən yararlanın.
Maraqlandığınız məsələlərdə ciddi nailiyyətlər üçün peşəkarın
yardımına ehtiyacınız var.
Günün ikinci yarısında müsbət təmayüllərin
təsiri artacaq. Yeni işlərə hazır olun. Fəqət tələsməyin. Əvvəlcə
planlaşdırın, sonra reallaşdırmağa başlayın.
Qız - günün ilk yarısında önəmli işə başlamaq olar. Aktiv ünsiyyət
və yeni insanlarla görüşlərdə xeyir var. Gərəkli informasiyanı əldə
etməyə çalışın.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Situasiyadan
dərhal yararlanmağa tələsməyin.
Günün ikinci yarısında vəziyyəti yaxşı təhlil edin.
Tərəzi - ötənlərdə verdiyiniz vədlərlə bağlı səhər saatlarında
problemlər yarana bilər. Narahat olmayın, saatlar keçdikcə müsbət
təmayüllərin təsiri artacaq. Aktiv olun, yarımçıq işləri
tamamlayın. Müşkül vəziyyətdən çıxış yolu olduğunu unutmayın. Günün
ikinci yarısında yeni məlumat, gözlənilməz informasiya istisna
deyil.
Əqrəb - qarşınıza həddən ziyadə çətin məqsədlər qoymayın. Belə
məqsədlərə çatmaq üçün özünüzdə qüvvə hiss edirsinizsə, aramla
çalışın. Rutin işlərin başa vurulması üçün yardıma ehtiyacınız var.
Əks təqdirdə əhvalınız pozulacaq, özünüzü yorğun hiss
edəcəksiniz.
Oxatan - günün ilk yarısı həddən artıq mühüm məsələlərin həlli üçün
əlverişli zaman deyil. İşgüzar aktivliyinizi azalda bilərsiniz.
Peşəkar fəaliyyət ortamını dəyişmək olar. Problemlər barədə çox
düşünməyin.
Oğlaq - diqqətli olun. Bu gün yol verəcəyiniz səhvlər və
yanlışlıqlar sonradan ciddi fəsadlar yarada bilər. İşgüzar
münasibətlər korlanacaq. İşdə rəhbərliyin tələbləri ziddiyyətli,
qarışıqdır. Həmkarlarınız ümidlərinizi doğrultmayacaq.
Dolça - günün ilk yarısında ciddi işlərlə məşğul olun. Bilik və
bacarıqlarınızı nümayiş etdirin. Tərif gözləməyin. Təkliflərinizin
dərhal eşidiləcəyini, müzakirə olunacağını düşünməyin. Günün ikinci
yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Balıqlar - günün ilk yarısı uğurludur. Bu məhsuldar zamanı mühüm və
məsuliyyətli işlərə sərf edin. Özünüzlə bahəm, yaxın ətrafınızdakı
insanlarla bağlı qərarlar qəbul edə bilərsiniz. Köçə hazırlaşın,
potensial sifarişçi və ya yaşamınızda önəmli rol oynayacaq
insanlarla müzakirələrə başlayın.