Aprelin 2-3-də isti və yağmursuz hava şəraiti gözlənilir, Qərbi Gürcüstanda havanın temperaturu 29 dərəcəyədək yüksələ bilər
Milli Ekologiya Agentliyinin məlumatına görə, aprelin 2-3-də ölkənin əksər rayonlarında isti və yağmursuz hava şəraiti davam edəcək.

Sinoptiklərin proqnozlarına görə, Qara dənizin sahilyanı ərazilərində və Kolxeti düzənliyində havanın temperaturu +24, +29 dərəcəyə qədər yüksələ bilər. Onların məlumatına görə, aprelin 4-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.

“Tbilisidə isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gün ərzində +22, +24 dərəcəyədək yüksələcək. Aprelin 4-də şimal-qərb istiqamətindən güclü külək əsəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) aprelin 2-3-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Havanın temperaturu da aşağı düşəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti) aprelin 2-3-də hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək. Aprelin 4-ü səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Havanın temperaturu da aşağı düşəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) aprelin 2-3-də hava şəraiti isti və yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +25, +27 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Havanın temperaturu da aşağı düşəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) aprelin 2-3-də hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +22, +24 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Havanın temperaturu da aşağı düşəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) aprelin 2-3-də hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) aprelin 2-3-də hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro) aprelin 2-3-də isti və yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu gün ərzində +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) aprelin 2-3-də hava isti, yağmursuz keçəcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir”,
- Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin məlumatında qeyd olunur.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google