“Lelo Gürcüstan Naminə” partiyası Marneulidə iftar süfrəsi təşkil edib (FOTO)
1 aprel tarixində “Lelo Gürcüstan Naminə” partiyası Marneulidə iftar süfrəsi təşkil etdi. İftar süfrəsi partiyanın Kvemo Kartli üzrə rəhbəri Aqil Mustafayevin təşkilatçılığı və partiyanın maddi dəstəyi ilə təşkil olunmuşdu.

Tədbirdə “Lelo” partiyasının rəhbəri Mamuka Xazaradze, Siyasi Şuranın rəhbəri Badri Çaparidze, partiyanın katibi İrakli Kupradze, İmam Əli Məscidinin axundu Hacı Hacıyev və iftar süfrəsinə dəvət olunmuş şəxslər iştirak edirdilər.

Müsəlmanları Ramazan ayı münasibətilə təbrik edən Mamuka Xazaradze mətbuata açıqlamasında bildirdi ki, Ramazan bayramının bütün Gürcüstanda ümumi bayram olmasını istəyir.

“Azərbaycanlı bacı və qardaşları bugünkü bayram münasibətilə təbrik edirəm. Onlara ailələrində firavanlıq, ölkəmizin birlikdə inkişafını arzu edirəm. Biz tarixi olaraq bir torpaqda yaşayırıq, eyni torpağa, eyni işə xidmət göstəririk. İstəyirəm, bu bayram bütün Gürcüstanda ümumi bayram olsun. Çünki biz birlikdə Gürcüstan dövlətini qururuq. Bir daha qardaşlıq, dostluq üçün hər birinizə minnətdarlığımı bildirirəm. Bir daha sizin hər bir ailə üzvlərinizi təbrik edirəm. Uzun ömür, xoşbəxtlik arzu edirəm”, – Mamuka Xazaradze dedi.

Partiyanın Kvemo Kartli üzrə rəhbəri Aqil Mustafayev də Ramazan ayı münasibətilə müsəlmanları təbrik etdi və qeyd etdi ki, təşkil olunan iftar süfrəsi heç bir siyasi məqsəd daşımır.

“Biz bu iftar süfrəsində çalışdıq ki, bütün Gürcüstanda yaşayan müsəlmanlar bizimlə birlikdə iştirak etsin. Burada bizim hər hansı siyasi məqsədimiz yoxdur. Sadəcə Lelo rəhbərliyi və bizim təşəbbüsmüzlə istədik ki, müsəlman qardaşlarla birlikdə bu önəmli iftar saatını bölüşə bilək. Sizin vasitənizlə burda iştirak edən, bizim dəvətimizi qəbul edib gələnlərə təşəkkür edirəm. Allah onların oruclarını qəbul etsin. Yaxın gələcəkdə də bizim bu cür görüşlərimiz davam edəcək”, – Aqil Mustafayev dedi.

Onu da qeyd edək ki, tədbir zamanı partiya rəhbərliyi Aqil Mustafayevi “Lelo” partiyasının siyasi şurasına üzv olduğunu da açıqladı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google