Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan Aleksi Adeişvili azad olunub - DTX
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiyanın işğal etdiyi Axmaci kəndi yaxınlığında oğurlanan Aleksi Adeişvili azad olunub.

“Rusiya işğalçı qüvvələrinin işğal etdiyi Axmaci kəndi yaxınlığında qanunsuz saxlanılan Aleksi Adeişvili azad olunub və mərkəzi hökumətin nəzarətində olan ərazidədir.

Aleksi Adeişvilinin qanunsuz həbsdən azad edilməsi prosesində həm Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hökumətin sərəncamında olan bütün müvafiq vasitələrdən fəal şəkildə istifadə olunub. Gürcüstanın mərkəzi hökuməti daimi əsaslarla beynəlxalq tərəfdaşlara məlumat verib.

Bu məsələ Gürcüstanın Mərkəzi Hökuməti tərəfindən insidentlərin qarşısının alınması və cavab tədbirləri mexanizmi (IPRM) formatı çərçivəsində keçirilən görüşlərdə qaldırılıb.

Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.

Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz olaraq saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edəcək”,
- DTX-nın bəyanatında deyilir.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google