Yaponiyada zəlzələ - 3 nəfər ölüb, 200-dən çox adam yaralanıb
Yaponiyanın Osaka şəhərindəki zəlzələdə 9 yaşındakı bir uşaq da daxil olmaqla 3 adam öldü, 200-dən çox adam yaralanıb. BBC-nin yazdığına görə, güclü zəlzələ dəmiryollarını sıradan çıxarıb, hava limanları bir neçə saat müddətinə bağlanıb.

6.1 bal gücündəki zəlzələdə sunami qeydə alınmayıb, yaxınlıqda yerləşən atom elektrik stansiyalarına zərər dəyməyib.

Zəlzələ şəhərin şimal hissəsində yerli vaxtla saat 08: 00-da (Tbilisi vaxtı ilə saat üçdə) baş verib. Yerli mətbuatın verdiyi məlumata görə, 9 yaşındakı uşaq məktəbdə çökən divarın altında qalaraq ölüb. Digər iki nəfərə gəlincə, olanlardan biri evdə aşmış qarderobun altında qalıb, digərinin üstünə isə divar çöküb.



Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google