Ermənistan parlamenti İrəvanla Avropa İttifaqı (Aİ) arasında
Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu
haqqında razılaşmanı ratifikasiya edib.
Bildirilib ki, 57 deputat sənədin lehinə səs verib, əleyhinə isə
heç bir səs verilməyib. 27 deputat bitərəf qalıb.
Qeyd edilib ki, razılaşma Aİ-nin Ermənistandakı missiyasının
fəaliyyətini tənzimləyir, missiyaya və onun şəxsi heyətinə şamil
edilir və bu ölkədəki missiyanın funksiyalarını müəyyən edir.
Ermənistan KİV-inin məlumatına görə, missiyanın fəaliyyəti həm də
Aİ ilə Ermənistan arasında siyasi münasibətlərin yaxınlaşmasının
sürətləndirilmiş prosesləri nöqteyi-nəzərindən tənzimlənir.