İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17
şübhəli saxlanılıb.
Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika
Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq
Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı
fəaliyyət göstərdiyi müəyyən edilib.
Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini
saxlayıb.
Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.