Türkiyənin xüsusi xidmət orqanları “İslam Dövləti” ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıblar
Türkiyənin xüsusi xidmət orqanları “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıblar. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Türkiyə hökumətinin nümayəndəsinin sözlərinə görə, şübhəlilərin saxlanılması üçün əməliyyatlar Türkiyənin 21 vilayətində aparılıb.

Əməliyyatda bölgə polis idarələri iştirak edib və prokurorluq, Baş Təhlükəsizlik İdarəsi, Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə İdarəsi tərəfindən koordinasiya edilib.

“İslam Dövləti” ilə bağlı ən çox şübhəli – on nəfər Ankara vilayətində saxlanılıb. Türkiyənin daxili işlər naziri qeyd edib ki, əməliyyatlar zamanı külli miqdarda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google