Marneulili idmançı Ramil Mehdiyev 23 dekabr tarixində Türkiyənin
Samsun şəhərində keçiriləcək peşəkar yarışda iştirak edəcək.
Marneulini dəfələrlə yerli və beynəlxalq yarışlarda təmsil edən
Mehdiyev 72 kq çəki dərəcəsində Gürcüstanı təmsil edəcək. O, ümid
edir ki, həmin yarışdan vətənə qələbə ilə qayıdacaq.
“Cezair Fight Arena”da baş tutacaq yarışda Ramil Mehdiyevin rəqibi
Məhəmməd Hüseyn Əlizadə olacaq.
Qeyd
edək ki, Ramil Mehdiyev bu günə qədər 34 peşəkar döyüşdə
iştirak edib. O, keçirdiyi peşəkar döyüşülərin 28-də qələbə
qazanıb. Həmin döyüşlərin 20-ni nokautla başa vurub. 6-ı döyüşdə
isə məğlub olub.
Xatırladaq ki, 29 aprel tarixində Türkiyənin Antalya şəhərində
keçirilən peşəkar yarışda Ramil Mehdiyev öz rəqibinə nokautla qalib
gəlmişdi.