Gürcüstan 2025-ci ilin fevralında keçiriləcək Gənclərin Avropa Qış
Olimpiya Festivalına ciddi hazırlaşır.
Bunun üçün Tbilisidə xüsusi olaraq buz sarayı tikiləcək.
Bu barədə jurnalistlərə Gürcüstanın infrastruktur və regional
inkişaf naziri İrakli Karseladze məlumat verib.
Onun sözlərinə görə, Avropa Olimpiya Komitələrinin (AOK) 49-cu Baş
Assambleyasının 2020-ci ildə qəbul etdiyi qərarla Gürcüstanın
kurort şəhəri Bakurianiyə 2025-ci il Avropa
Gənclər Qış Olimpiya
Festivalının ev sahibi statusu verilib. Yarışın bir hissəsi Tbilisi
və Batuminin idman meydançalarında keçiriləcək.
“Biz artıq ölkəni 2025-ci ildə Olimpiya festivalına ev sahibliyi
etməyə hazırlamaq üçün prosedur məsələlərini nəzərdən keçiririk,
bunun üçün Tbilisidə buz sarayı tikiləcək, Bakurianidə isə müvafiq
biatlon və xizək enişləri artıq təchiz olunub", - deyə, Karseladze
vurğulayıb.
Yeni buz sarayında iki konkisürmə meydançası olacaq. Əsas buz
arenası 1,5 min, ikincisi isə 150-200 tamaşaçı üçün nəzərdə
tutulub.
2015-ci ildə Gürcüstan ilk dəfə olaraq “Tbilisi 2015” XIII Avropa
Gənclər Olimpiya Festivalının ev sahibi olub. İyulun 27-dən
avqustun 1-dək doqquz idman növü üzrə yarışlar keçirilib.
Festivalda 50 ölkədən dörd minə yaxın idmançı iştirak edib.
Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin
himayəsi altında Avropa Olimpiya Komitələri Assosiasiyası
tərəfindən yaradılıb. Bu, AOK-un 50 ölkəsindən gənc idmançılar
arasında keçirilən regional beynəlxalq kompleks idman yarışıdır.
Həm yay, həm də qış festivalı iki ildən bir keçirilir.
Mənbə:azertac.az