Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa
çempionatında hakimlik edəcək.
Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən
Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq
qitə birinciliyi üçün seçilib.
A kateqoriyalı beynəlxalq dərəcəli hakim
Nazim Umbayev Beynəlxalq
Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən
yarışlarda iştirak edən hakimlər siyahısına daxildir.
Qeyd edək ki, Avropa çempionatı 25-28 aprel tarixlərində
keçiriləcək.
Mənbə: oxu.az