Marneuli İdman Məktəbi 2024-cü il ərzində idmançıların mehmanxana
ilə təmin olunmasına 49 400 lari xərcləyəcək.
İdman Məktəbi idmançıların mehmanxana ilə təmin olunması xidməti
üçün 23 yanvar tarixində tender elan edib.
Tender Komissiyası iclasının protokoluna əsasən, idmançılar
mehmanxana ilə yanaşı qida ilə də təmin edilməlidir.
“Marneuli İdman Məktəbinin idmançıları il ərzində davamlı olaraq
müxtəlif idman növləri üzrə keçirilən milli, başqa səviyyəli
çempionatlarda, turnirlərdə iştirak edirlər. İdmançıların gələcək
inkişafı və motivasiyası, nəticələrinin yaxşılaşdırılması onların
davamlı olaraq idman yarışlarında iştirakından asılıdır. Buradan
irəli gələrək, fəaliyyətimizi idman nəticələrində göstərmək və ölkə
ərazisində keçirilən idman turnirlərində idmançılarımızın maneəsiz
iştirakı məqsədilə, İdman Məktəbinin yerli özünüidarə büdcəsinin
maliyyə dəstəyi ilə İdman Məktəbi şagirdlərinin mehmanxana, qida
ilə təmin edilməsi xidmətinə ehtiyac var”, – Tender
Komissiyasının iclas protokolunda qeyd olunub.
Marneuli İdman Məktəbi tərəfindən elan edilmiş tenderdə bir şirkət,
“Bon Voiaj” MMC iştirak edib. Şirkət İdman Məktəbinin
idmançılarının mehmanxanalarda yerləşdirilməsi və qida ilə təmin
edilməsi xidmətinə görə 49 400 lari təklif edib. İndiki mərhələdə
tenderdə qalib gəlmiş şirkətin seçilmə/qiymətləndirmə mərhələsi
aparılır.