Almaniyanın “Mercedes” şirkətinin “Formula-1” üzrə dünya
çempionatında çıxış edən komandası növbəti mövsümdə yarışacağı
avtomobili təqdim edib.
Yeni bolid “W15” indeksini alıb.
Qeyd edək ki, keçən mövsümlə müqayisədə avtomobilin dizaynı
dəyişib. Belə ki, “W14” demək olar ki, tamamilə qara idi, indi isə
boz rəngə qayıdıb.
Xatırladaq ki, “Mercedes” 2023-cü il mövsümündə Mühəndislər
Kubokunda ikinci yeri tutub. Kuboku Avstriyanın “Red Bull” yarış
komandası qazanıb.
Daha əvvəl məlum olmuşdu ki, yeddiqat dünya çempionu britaniyalı
Lyuis Hemilton 2024-cü il mövsümünün sonunda “Mercedes”i tərk
edərək “Ferrari” pilotu olacaq, moneqask Şarl Lekler isə onun
tərəfdaşı qismində çıxış edəcək.
Mənbə: oxu.az