Almaniyanın “Bavariya” klubunun kapitanı Coşua Kimmix
köməkçi məşqçi Zolt Lövlə dalaşıb.
Hadisə Bundesliqanın XXII turunda “Bohum”la keçirilən oyundan sonra
baş verib.
2:3 hesabı ilə məğlub olduqları qarşılaşmanın 63-cü dəqiqəsində
əvəzlənən 29 yaşlı futbolçu buna narazılığını bildirib. Bu da Lövlə
onun arasında mübahisəyə səbəb olub. Hadisənin böyüməsinin qarşısı
son anda alınıb.
Kimmixin bu davranışından sonra baş məşqçi Tomas Tuxellə
münasibətləri tamamilə korlanıb. Komandadakı mövqeyindən narazı
olan futbolçu
məşqçilər korpusu dəyişməyəcəyi təqdirdə, mövsümün
sonunda digər variantlara üstünlük verəcək.
Qeyd edək ki, Coşua Kimmix 2015-ci ildən “Bavariya”da çıxış
edir.