Gürcüstan millisinin və İtaliyanın "Napoli" klubunun futbolçusu
Xviça Kvaratsxeliya
Almaniyanın məşhur "Adidas" brendi ilə müqavilə imzalayıb.
Adidas-ın İnstaqramda yerləşdirdiyi videoda aksiya Neapolda
baş
verir və burada gürcü futbolçuya ağ-göy rəngli yeni Adidas Predator
butsları təqdim olunur.
Tərəflər arasında imzalanan müqavilənin təfərrüatları hələlik məlum
deyil.