UEFA klubların reytinq cədvəlini açıqlayıb.
Siyahıya əsasən, “Qarabağ” 32,000 xalla 57-ci pillədə
qərarlaşıb.
Ağdam klubu Türkiyənin “Fənərbağça” və Şotlandiyanın “Seltik”
komandaları ilə eyni xala malikdir. Lakin təmsilçimiz əlavə
göstəricilərə görə Qlazqo kollektivini qabaqlayır.
Qeyd edək ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşən
“Qarabağ” siyahıda irəliləyib. “Köhlən atlar” “Fiorentina” (31,000)
və “Qalatasaray”ı (31,500) arxada qoyublar.
Mənbə: oxu.az