“Barselona” bu mövsümün sonunda “Nike” idman markası ilə
əməkdaşlığı dayandıra və öz brendi altında formalar yaratmağa
başlaya bilər.
Bu barədə kluba yaxın mənbələr xəbər verib.
Bildirilib ki, yekun qərarın mart ayının əvvəlində veriləcəyi
bildirilib.
“Barselona” öz brendini artıq klubun bütün qeyri-idman geyimlərini
istehsal edən BLM şirkəti vasitəsilə yaratmağı planlaşdırır. Klub
öz brendinin “Nike”la əməkdaşlıqdan daha
çox gəlir gətirəcəyinə
əmindir.
Qeyd edək ki, “Barselona” hazırda 57 xalla İspaniya çempionatının
turnir cədvəlində 3-cü yerdədir. Komanda lider “Real Madrid”dən 8
xal geri qalır.
Mənbə: oxu.az