İtaliya nəhəngi “Yuventus” həm türkiyəli milli futbolçu Kənan
Yıldızla müqaviləni uzatmağa,
həm də əfsanəsi Alessandro Del Pyeronun formasını ona verməyə
hazırlaşır.
Məlumata görə, İtaliya A Seriyasının daimi təmsilçisi Yıldızla
2029-cu ilə qədər yeni müqavilə imzalamaq istəyir.
Bildirilir ki, “qoca sinyora”nın azarkeşlərin böyük maraq
göstərdiyi 18 yaşlı hücumçu ilə son vaxtlar Avropa klublarının
maraqlanması “Yuve”ni belə addım atmağa sövq edir. Hazırda
komandada 15 nömrəli formanı geyinən hücumçunun yeni müqavilədən
sonra 10 nömrəli formanı geyinəcəyi gözlənilir.
Qeyd edək ki, “Yuventus”da Del Pyerodan sonra Tevez, Poqba və
Dibala kimi adlar 10 nömrəli formanı geyinsə də, son iki mövsümdə
bu nömrə sahibsiz qalıb.
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.